Xəzər Xəbər

Universitetdə baş verən yanğında 9 nəfər tüstüdən zəhərlənib - RƏSMİ

Hadisə | 17:17 • 22 İyul 2017
Universitetdə baş verən yanğında 9 nəfər tüstüdən zəhərlənib -

Bakının Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya kollecinə məxsus, hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 1800 kvadratmetr olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlüklər 150 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar