Xəzər Xəbər

Bakıda dava olub, bir nəfər güllələnib - FOTO

Hadisə | 09:46 • 20 İyul 2017
Bakıda dava olub, bir nəfər güllələnib -

Bakının Sabunçu rayonunda güllələnmə hadisəsi baş verib.

Bakıxanov qəsəbəsinin Mahir Əmirov küçəsində naməlum şəxslər arasında mübahisə yaranıb. Nəticədə 29-30 yaşlarında olan kişiyə pnevmatik tapançadan açılıb. Həmin şəxs baş və bədən nahiyəsindən xəsarətlər alıb və 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Hadisə yerinə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb.

Yaralını xəstəxanaya Post Patrul Xidmətinin əməkdaşları çatdırıblar. (APA)

Xəbər lenti

Çox oxunanlar