Xəzər Xəbər

DGK külli miqdarda siqaretin qanunsuz yolla realizasiyasının qarşısını alıb

Hadisə | 15:25 • 7 İyul 2017
DGK külli miqdarda siqaretin qanunsuz yolla realizasiyasının qarşısını alıb

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib.


Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən, Astara Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əliyev Famil Fəzail oğlunun etibarnamə ilə idarə etdiyi "İkarus" markalı 07-BB-967 dövlət nömrə nişanlı sərnişin avtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib.

Baxış zamanı Bakı şəhərinə aparılması üçün Azərbaycan Respublikasının vətəndaşı Bayramov Vüsal Şamil oğluna təhvil verilmiş, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilmiş və üzərində aksiz markası olmayan 12 000 ədəd xarici markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti