Xəzər Xəbər

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Hadisə | 11:56 • 3 İyul 2017
Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Dənizdə batan şəxs xilas edilib.

Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Çox oxunanlar