Xəzər Xəbər

Azərbaycanda 24 nəfəri ilan sancıb

Hadisə | 12:33 • 3 İyul 2017
Azərbaycanda 24 nəfəri ilan sancıb

Bu il başlayandan 24 nəfər ilan sancması ilə bağlı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Bu haqda Modern.az-a şöbənin müdiri Azər Maqsudov məlumat verib.

O bildirib ki, havalar isinsə də, müraciətlər azdır:


"Bu şənbə-bazar Mərkəzə müraciət olmayıb. İyun ayında 8 nəfər ilan sancması, 1 nəfər qaraqurd, 2 nəfər əqrəb sancması ilə müraciət edib. Əqrəb sancanlara sadəcə məsləhət verilib evə buraxılıblar. Mayda 14, apreldə isə 2 nəfəri ilan sancıb”.

A.Maqsudov qeyd edib ki, müraciətlər əsasən Bakıətrafı kənd və qəsəbələrdən, xüsusilə də Zirə və Maştağadan, həmçinin,Şamaxı, Bərdə, Tovuz, Şəmkir, Hacıqabuldan daxil olub. Gətirilənlər arasında 1 nəfərin vəziyyəti ağır olduğundan hazırda xəstəxanada müalicə alır. Onlar arasında azyaşlılar və ölənlər olmayıb”.

Xəbər lenti

Çox oxunanlar