Xəzər Xəbər

Narkotik satmaq istəyən şəxs saxlanılıb - FOTO

Hadisə | 17:11 • 30 İyun 2017
Narkotik satmaq istəyən şəxs saxlanılıb -

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və alqı-satqısı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Yevlax rayonunda bir nəfərin narkotik vasitələri alqı-satqısı ilə məşğul olduğu barədə əməliyyat məlumat daxil olub.

Dərhal Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsinin sahilində quraşdırılan yanalma körpüsünə yollanıb.

Həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən ünvanda Şəki şəhər sakini, Bəxtiyar Paşabəyov şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib.

Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından külli miqdarda marixuana aşkar edilərək götürülüb.

Ekspertiza zamanı B.Paşabəyovdan aşkar olunan narkotik vasitənin ümumi çəkisinin 10 kiloqram 800 qram olduğu müəyyən edilib.

Saxlanılan şəxs ifadəsi zamanı narkotik tərkibli bitkiləri Şəkidə meşə massivində yabanı halda bitən ərazidən yığdığını və qurudandan sonra satmaq niyyəti ilə Yevlax rayonuna gətirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar