Xəzər Xəbər

Sabirabadda ağır qəza, 5 nəfər yaralanıb

Hadisə | 11:12 • 25 İyun 2017
Sabirabadda ağır qəza, 5 nəfər yaralanıb

Sabirabad rayonun Qaragüney kəndi ərazisində mikroavtobusla minik avtomobili toqquşub.

Hadisə nəticəsində 3-ü qadın, 2-si kişi olmaqla 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri və xəsarət alanların kimliyi araşdırılır. (APA)

Rubrikanın digər xəbərləri

Xəbər lenti