Prezident həmkarlarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu göndərib.
XəzərXəbər-in məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli xanım Prezident,
Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu gün Azərbaycan-Xorvatiya əlaqələri dinamik inkişaf etməkdədir.
Ümidvaram ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz,
ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız bundan sonra da
ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına töhfələr
verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim sülh və rifah diləyirəm".
***
Dövlət başçısı həmçinin, Sloveniya Prezidenti Borut Pahoru da təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə
Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
İnanıram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz
arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim
xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".