Bakıda idman zalına kütləvi basqın olub, yaralılar var
Bakıda idman zalına kütləvi basqın olub, yaralananlar var.
Hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Marafon” idman
zalında baş verib. Dəyənək, balta, "beşbarmaq” və s. soyuq silahlarla
silahlanmış bir qrup şəxs məşq zamanı zala hücum edib, məşq keçən
idmançılara xəsarət yetirib.
İlkin məlumata görə, insidentə məşqçilər - MMA üzrə dünya çempionu Əli
Nəcəfi və Ziyadxan Sədiyev arasında mübahisə səbəb olub. Hadisə
nəticəsində Əli Nəcəfi də daxil olmaqla 5 nəfər xəsarət alıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Ziyadxan Sədiyev və onunla basqında iştirak etmiş daha bir neçə nəfər
saxlanılıb. (APA)