Xəzər Xəbər

Azərbaycanın və Türkiyənin Rusiyadakı səfirləri görüşüb

Gündəm | 22:12 • 10 Aprel 2024
Azərbaycanın və Türkiyənin Rusiyadakı səfirləri görüşüb

Azərbaycanın və Türkiyənin Rusiyadakı səfirləri arasında görüş keçirilib.

Xezerxeber.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Türkiyənin bu ölkədəki diplomatik nümayəndəliyinin rəhbəri Tanja Bilgiç ilə görüşdə həmkarını Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, ona və onun simasında bütün qardaş Türkiyə xalqına firavanlıq arzulayıb.

Türkiyə səfiri öz növbəsində Polad Bülbüloğlunu və Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, gələcək qələbələr və azad edilmiş ərazilərin bərpası işində yeni uğurlar diləyib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin ayrı-ayrı aspektləri müzakirə olunub, həmçinin regional gündəliyin cari məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Çox oxunanlar