Xəzər Xəbər

Türkiyə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını müsbət qiymətləndirir Çavuşoğlu

Gündəm | 17:40 • 26 May 2023
Türkiyə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını müsbət qiymətləndirir

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair son açıqlamalarını müsbət qiymətləndiririk.

Xezerxeber.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, rəsmi Ankara bu addımları dəstəkləyir:

“Azərbaycan hərtərəfli sülh sazişi təklif edib. Ermənistan buna “hə” desə, bu saziş imzalanır. Biz də Türkiyə olaraq bu istiqamətdə müsbət addımlar atarıq. Bizim istəyimiz bölgəmizdə daimi sülh və sabitliyin olmasıdır”,- Çavuşoğlu əlavə edib. 

Xəbər lenti