Xəzər Xəbər

Naxçıvanda vəkillərin sayı azdır

Gündəm | 17:26 • 25 May 2023
Naxçıvanda vəkillərin sayı azdır

Naxçıvanda vəkillərin sayı olduqca azdır. Bu da bizi narahat edən əsas amillərdən biridir. Əgər statistik rəqəmləri nəzərə salsaq, Naxçıvanda 100 min nəfər əhaliyə cəmi 4 vəkil düşür. Bu, çox aşağı göstəricidir. Biz çalışırıq ki, bu göstəricini dəyişək. Azərbaycanın digər bölgələrində bu rəqəm qat-qat çoxdur.

Xezerxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

“Bu yaxınlarda Naxçıvanda vəkilliyə sənəd qəbulu elan edilib. Vəkillər Kollegiyası Naxçıvan Vəkillər Kollegiyası ilə birgə bu prosesi təşkil edir. Ümid edirəm ki, gördüyümüz tədbirlər nəticəsində bu prosesdə müsbət dəyişikliklər baş verəcək”.

Xəbər lenti