Xəzər Xəbər

Ərdoğan Qarabağı milli düşüncə anlamı adlandırıb

Gündəm | 09:30 • 23 Mart 2023
Ərdoğan Qarabağı milli düşüncə anlamı adlandırıb

Biz Qarabağ dediyimizdə bunu anlayanlarla birlikdə yolumuza davam edirik.

Xezerxeber.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli televiziyalara canlı yayımda müsahibəsində bildirib.

Ərdoğan bunu anlamayanların mövcud olduğunu da qeyd edib.

“Birinə Ayasofiya dediyimdə haradan-haraya gəldiyimizi anlayır. Kiməsə Qarabağ dediyimdə anlayan olur. Birinə Qara Dənizdən çıxaracağımız qazı, kiməsə PUA-larımızı dediyimdə gəldiyimiz yolu anlar. Amma bunları hələ də anlamayanlar var”, - deyə Prezident qeyd edib.

Xəbər lenti