Xəzər Xəbər

Misir Prezidenti: Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib

Gündəm | 16:19 • 28 Yanvar 2023
Misir Prezidenti: Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib

Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib. İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatında bildirib.

Müzakirələr zamanı Misir və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunduğunu qeyd edən Prezident Əbdülfəttah Əs-Sisi deyib ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür.

Əbdülfəttah Əs-Sisi Misirin əczaçılıq infrastrukturundan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün istifadə edilməsinə hazır olduqlarını bildirib.

Xəbər lenti