Xəzər Xəbər

Ceyhun Bayramov Özbəkistana gedib

Gündəm | 08:53 • 24 Yanvar 2023
Ceyhun Bayramov Özbəkistana gedib

Yanvarın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistan Respublikasının Daşkənd şəhərinə işgüzar səfərə yola düşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti