Xəzər Xəbər

Hərbi attaşelər Sarıbaba istiqamətində basdırılmış mina sahələrinə baxış keçirirlər FOTO

Gündəm | 14:54 • 24 Noyabr 2022
Hərbi attaşelər Sarıbaba istiqamətində basdırılmış mina sahələrinə baxış keçirirlər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və media nümayəndələri Laçında, Sarıbaba yüksəkliyinin şimal istiqamətində aşkarlanmış və Ermənistan istehsalı olan piyada əleyhinə minaların basdırıldığı əraziyə səfər ediblər. Minalar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən 44 günlük müharibədən sonra basdırılıb.

Xezerxeber.az xəbər verir ki, noyabrın 21-də bölmələrimiz tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətindəki sahədə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina zərərsizləşdirilib.

Hərbi attaşelər mina sahəsi aşkar olunan əraziyə baxış keçirirlər.

Xəbər lenti