Xəzər Xəbər

Fransa səfiri Füzulidə mina partlayışı nəticəsində həlak olanlara görə başsağlığı verib

Gündəm | 12:39 • 1 Oktyabr 2022
Fransa səfiri Füzulidə mina partlayışı nəticəsində həlak olanlara görə başsağlığı verib

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Füzuli rayonu ərazisində mina partlayışı nəticəsində 2 mülki şəxsin həlak olması ilə bağlı başsağlığı verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə franslı diplomat tviter səhfəsində paylaşım edib.

"Dünən Füzuli rayonunda piyada əleyhinə mina partalyışı nəticəsində Amid Əsədovun və Çərkəz Quluzadənin ölüm xəbərindən kədərləndim. Allah rəhmət eləsin".

Xatırladaq ki, sentyabrın 30-da Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində (Yuxarı Dilağarda kəndində) 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşərək həlak olub.

Xəbər lenti