Xəzər Xəbər

Əlillik təyin olunan şəxslərlə bağlı YENİ XƏBƏR

Son yeddi ay ərzində əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Gündəm | 7,409 | 14:58 • 13 Avqust 2022
Əlillik təyin olunan şəxslərlə bağlı YENİ XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyul ayları ərzində 38 min 900 şəxsə əlillik təyin edilib.

Nazirlikdən verilən məlumata görə, onlardan 12 min 200-ü ilkin, 26 min 700 nəfəri isə təkrar əlillik təyinatı aparılanlardır.

Həmçinin müvafiq dövr ərzində 23 min 900 şəxsə reabilitasiya xidməti göstərilib, 8 min 79 şəxsə 35 min 400 reabilitasiya vasitəsi verilib.

Xəbər lenti