Xəzər Xəbər

Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilir

Gündəm | 09:25 • 27 İyun 2022
Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilir

Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısı keçirilir.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, toplantıda Azərbaycanı XİN başçısı Ceyhun Bayramov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyəni xarici işlər naziri Mövlud Çavuşğolu, həmçinin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstanı isə XİN başçı Muxtar Tleuberd və sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev təmsil edir.

Xəbər lenti