Xəzər Xəbər

Xarici diplomatların Kəlbəcərə səfəri başlayıb

Gündəm | 10:20 • 31 May 2022
Xarici diplomatların Kəlbəcərə səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb.

XəzərXəbər xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə törədilmiş vandalizm aktları barədə məlumatlandırmaqdır.

Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.

Kəlbəcərə səfər Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 9-cu səfəridir.

Xəbər lenti