Xəzər Xəbər

Diplomatlar Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi ilə tanış olublar

Gündəm | 10:55 • 31 May 2022
Diplomatlar Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi ilə tanış olublar.

XəzərXəbər xəbər verir ki, tikinti işlərininin 2024-2025-ci illərədək tamamlanması planlaşdırılır.

Yol istifadəyə verildikdən sonra Toğanalıdan İstisuyadək gediş müddəti 45 dəqiqə - 1 saat təşkil edəcək.

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb. Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.

Xəbər lenti