Xəzər Xəbər

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentarilərinin Şuşa toplantısı keçirilib YENİLƏNİB/FOTO

Gündəm | 15:26 • 22 May 2022
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentarilərinin Şuşa toplantısı keçirilib

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvlərinin Şuşada yeddinci toplantısı keçirilib.

Xezerxeber.az bildirir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib ki, toplantını 28 illik həsrətdən sonra azad edilən Şuşada gerçəkləşdiriblər.

12:58

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

Xezerxeber.az bildirir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç sosial şəbəkədə məlumat yayıb. 

Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında olub, sonra Şuşa şəhərinə yola düşüblər.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.

Xəbər lenti