Xəzər Xəbər

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Gündəm | 22:26 • 17 May 2022
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Xəbər lenti