Xəzər Xəbər

Ermənilər təxribatlarından əl çəkmir - Kəlbəcərdə yenə atəş səsləri eşidildi

Gündəm | 09:16 • 18 May 2022
Ermənilər təxribatlarından əl çəkmir -  Kəlbəcərdə yenə atəş səsləri eşidildi

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.

Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub.

Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti