Xəzər Xəbər

Baş nazir Monteneqro parlamentinin sədrini qəbul etdi

Gündəm | 20:15 • 17 Yanvar 2022
Baş nazir Monteneqro parlamentinin sədrini qəbul etdi

Bu gün Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb.

Nazirlər Kabinetindən XəzərXəbər-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Həmçinin Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Xəbər lenti