Xəzər Xəbər

ŞAD XƏBƏR! Bu müəllimlərin maaşı artdı CƏDVƏL

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artırıldı
Gündəm | 3,353 | 19:15 • 17 Yanvar 2022
ŞAD XƏBƏR! Bu müəllimlərin maaşı artdı

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyən edilib.

XəzərXəbər xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qeyd edək ki, bundan əvvəl müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq, direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilmişdi.

Qərara əsasən, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” də yeni redaksiyada təsdiq edilib:

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının S X E M İ

 

 

 

Sıra

№-si

 

 

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj 3 ilə qədər olduqda

pedaqoji staj 3

ildən 8 ilə qədər olduqda

pedaqoji staj 8

ildən 13 ilə qədər olduqda

pedaqoji staj 13

ildən 18 ilə qədər olduqda

pedaqoji staj 18 ildən çox olduqda

1.

Ali təhsilli

552

594

624

666

714

2.

Orta ixtisas təhsilli

 

504

 

534

 

552

 

588

 

636

Qeyd edək ki, bundan əvvəl dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının

SXEMİ

 

Sıra

№-si

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj 3 ilə qədər olduqda

pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda

pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda

pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda

pedaqoji staj 18 ildən çox olduqda

1.

Ali təhsilli

460

495

520

555

595

2.

Orta ixtisas təhsilli

420

445

460

490

510

 

Eyni zamanda həmin Qərarla təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilib:

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının S X E M İ

Sıra

№-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq vəzifə maaşı (manatla)

1.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər

434

2.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər

448

3.

Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli,

pedaqoji stajı hər iki halda 5 ilə qədər

462

4.

Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox;

ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan

490

Qeyd edək ki, indiyə qədər dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının

SXEMİ

 

Sıra

№-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq vəzifə maaşı

(manatla)

1.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər

310

2.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər

320

3.

Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər

330

4.

Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan

350

Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

İmsak və İftar vaxtı 2022

Xəbər lenti