Xəzər Xəbər

Qarlı hava nə vaxta qədər davam edəcək? - Umayra Tağıyeva AÇIQLADI

Gündəm | 11:50 • 14 Yanvar 2022
Qarlı hava nə vaxta qədər davam edəcək? - Umayra Tağıyeva AÇIQLADI

"Bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntının kəsilməsi proqnozlaşdırılır".

XəzərXəbər xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yarım sutka ərzində ölkəyə düşən yağıntının miqdarı yarım aylıq normaya uyğun olub: "Qar örtüyünün hündürlüyü isə 22 sm təşkil edib. Bu gün də yağıntılar davam edəcək və nəticədə daha yüksək qar örtüyü müşahidə ediləcək. Bununla belə, proses qısamüddətlidir".

Xəbər lenti

Çox oxunanlar