Xəzər Xəbər

Azərbaycanda bu qanun ləğv edilir

Gündəm | 17:44 • 1 Dekabr 2021
Azərbaycanda bu qanun ləğv edilir
Azərbaycanda mövcud "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun ləğv edilir.
 
XəzərXəbər xəbər verir ki, adı çəkilən qanunun lağvi ilə bağlı Milli Məclisin dekabrın 3-də keçiriləcək plenar iclasının gündəliyinə salınıb.
 
Deputatlar "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun ləğv edilməsi haqında qanun layihəsini müzakirə edərək qəbul edəcəklər.
 
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən fərdi identifikasiya kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə verilir. Verilmiş fərdi identifikasiya kartı vətəndaşın 5 yaşı tamam olanadək etibarlıdır. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.
 
Beləliklə, 15 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ləğv olunur./olke.az

Xəbər lenti