Xəzər Xəbər

DSX rəisi helikopter qəzası ilə bağlı açıqlama verib

“Səngəçal aerodromundan qalxan helikopter "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb”
Gündəm | 19:25 • 30 Noyabr 2021
DSX rəisi helikopter qəzası ilə bağlı açıqlama verib

Bu gün Dövlət Sərhəd Xidmətinin helikopteri təlim məqsədi ilə "Səngəçal" aerodromundan qalxaraq "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-pol­kovnik Elçin Quliyev deyib.

General qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Elçin Quliyev hadisə nəticəsində yaralanan şəxslərin Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunduqlarını deyib.

DSX rəisi əlavə edib ki, pilot ən yüksək səviyyədə, ağır şəraitlərdə uçuşlara təlimatlı olan pilotlardan biridir: "Polkovnik Füzuli Cavadov. O, hələ Birinci Qarabağ müharibəsində iştirak edib”.

Elçin Quliyev onu da bildirib ki, helikopter tamamilə yeni helikopterdir: ““Qara qutu” tapılıb. “Qara qutu” Baş Prokurorluqdadır. Hazırda hadisənin səbəbi barədə dəqiq bir şey demək mümkün deyil. Dəqiq onu deyə bilərik ki, hər hansı kənar təsirdən söhbət gedə bilməz”.

Xəbər lenti