Xəzər Xəbər

Təhsil krediti ilə bağlı möhlətin şərtləri açıqlandı

Gündəm | 12:53 • 25 Noyabr 2021
Təhsil krediti ilə bağlı möhlətin şərtləri açıqlandı

Təhsil Nazirliyi təhsil tələbə kreditlərinin (TTK) geri qaytarılması zamanı verilən möhlətin şərtlərini açıqlayıb.

XəzərXəbər xəbər verir ki, təhsil nazirinin müavini İdris İsayev TTK-nin verilməsi ilə bağlı keçirilən brifinqdə kreditlərin qaytarılması zamanı möhlət veriləcəyinin mümkün olduğunu deyib.

Onun sözlərinə görə, TTK-nın qaytarılmasına bəzi hallarda möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır: "Buraya yuxarı təhsil səviyyəsində əyani təhsil, həqiqi hərbi xidmət, məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlşadırılması), işləyən borcalanın münasibətdə hamiləliyə ,doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluğu olan müddəti kimi hallar aiddir".

İdris İsayev qeyd edib ki, möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.

Xəbər lenti