Xəzər Xəbər

Mehriban Əliyeva Şamaxıya səfərlə bağlı paylaşımlar etdi FOTO

Gündəm | 00:31 • 2 Noyabr 2021
Mehriban Əliyeva Şamaxıya səfərlə bağlı paylaşımlar etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün "Instagram"dakı hesabında Prezident İlham Əliyevlə birlikdə Şamaxı rayonuna səfərlə bağlı paylaşımlar edib.

XəzərXəbər xəbər verir ki, Birinci vitse-prezident yazıb:

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda səfərdə olublar".

Birinci vitse-prezident digər paylaşımlarda Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı, Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanışlıqdan, Şamaxı şəhər 7 saylı körpələr evi-uşaq bağçasının açılışından, Şamaxı şəhərində Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsindən, Şamaxı şəhər stadionunun açılışından bəhs edib.

Xəbər lenti