Xəzər Xəbər

General Ənvər Əfəndiyev Türkiyədə səfərdədir FOTO

Gündəm | 16:58 • 14 Oktyabr 2021
General Ənvər Əfəndiyev Türkiyədə səfərdədir

Türkiyədə səfərdə olan Azərbaycan Repsublikasının Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev oktyabrın 14-də "Avrasiya sülhü - 2021" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avsever ilə görüşüb.

Xezerxeber.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, iki qardaş ölkənin birgə təlimlərinin təcrübə mübadiləsi, dostluq və qardaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilərək gələcəkdə də birgə təlimlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Xəbər lenti