Xəzər Xəbər

Qaçqınlar barədə icbari tibbi sığortaya dair məlumatlar toplanacaq

Gündəm | 17:28 • 14 Oktyabr 2021
Qaçqınlar barədə icbari tibbi sığortaya dair məlumatlar toplanacaq

İcbari tibbi sığorta üzrə məlumat bazasından məlumat mübadiləsinin təşkili qaydası müəyyənləşib.

Xezerxeber.az-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun bu gün təsdiqlədiyi “İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi”ndə əksini tapıb.

Qərara əsasən, aşağıda qeyd olunan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Məlumat bazasına, habelə Məlumat bazasından digər dövlət informasiya sistemlərinə və resurslarına ötürülür:

- tibbi xidmətlərin təşkili və hesabatların təqdim edilməsi ilə bağlı statistik məlumatlar;

- vətəndaşların şəxsiyyət vəsiqəsi, habelə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi üzrə məlumatlar;

- Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslər üzrə məlumatlar;

- sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fərdi identifikasiya nömrəsi və qeydiyyat ünvanı, hüquqi şəxslərin tam adı və hüquqi ünvanı, fiziki və hüquqi şəxslərin VÖEN-i;

- hüquqi və ya fiziki şəxslərin işçilərinin sayı, işçilər üçün hesablanmış əməyin ödənişi fondu, işçilər üzrə hesablanmış əməkhaqqı, hüquqi və fiziki şəxslər üçün hesablanmış icbari tibbi sığorta haqqı üzrə məlumatlar;

- hüquqi şəxslərin və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət növünün kodu;

- Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın, arağın (vodkanın), tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, likyor və likyor məmulatlarının, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlərin və onun əvəzedicilərinin 1000 ədədinə görə, habelə energetik içkilərin hər litrinə görə hesablanmış və ödənilmiş icbari tibbi sığorta haqları üzrə məlumatlar.

Xəbər lenti