Xəzər Xəbər

Ceyhun Bayramov Minskə getdi

Gündəm | 14:42 • 13 Oktyabr 2021
Ceyhun Bayramov Minskə getdi

Oktyabrın 13-də Azərbaycanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.

Bu barədə XəzərXəbər-ə Nazirliyin mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB XİNŞ növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti