Xəzər Xəbər

Prezident İlham Əliyev: Bizim xarici siyasətimiz çox açıq, şəffaf, sabit və müstəqildir

Gündəm | 14:34 • 13 Oktyabr 2021
Prezident İlham Əliyev: Bizim xarici siyasətimiz çox açıq, şəffaf, sabit və müstəqildir

İranla bağlı baş verənlərin səbəbi bizim İsraillə yaxınlığımız, bəzi digər ölkələrlə olan münasibətimiz deyil, bu, bəhanədir. Çünki xarici siyasətimiz çox açıq, şəffaf, sabit və müstəqildir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində müvafiq sualı cavablandırarkən deyib və Azərbaycanın mövqeyini açıqlayıb.

“Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident müsahibəsində İranla bağlı baş verənlərin təfərrüatlarını, Azərbaycanın qonşulara münasibətdə xoşməramlı mövqeyini açıqlayıb və deyib: “Biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik”.

Xəbər lenti