Xəzər Xəbər

Güclü leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

Gündəm | 22:55 • 25 Sentyabr 2021
Güclü leysan olacaq, dolu düşəcək

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sentyabrın 25-dən 26-a keçən gecə Quba-Qusar rayonu və şimal zonasının bəzi yerlərində şimşək çaxacaq, arabir yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli güclü olacaq, dolu düşəcək.
Xidmətdən xezerxeber.az-a bildiriblər ki, belə hava şəraitinin gecə saat 02:00-dan başlayaraq səhər saat 07:00-dək davam edəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 metr/saniyəydək güclənəcək

Xəbər lenti