Xəzər Xəbər

Bu məktəblərdə çalışanlardan COVID-19 pasportu tələb edilmir

Gündəm | 21:42 • 24 Sentyabr 2021
Bu məktəblərdə çalışanlardan COVID-19 pasportu tələb edilmir

Bakıda şagird sayı 200-dən az olan  5 ümumi təhsil məktəbi  fəaliyyət göstərir. Bunlar 152, 224, 331, 122 və 131 nömrəli  təhsil müəssisələridir. 
 
Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən anews.az-ın sorğusuna cavab olaraq bildirib.
 
Baş Nazir Əli Əsədovun 22 sentyabrda imzaladığı qərara  əsasən, təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrində işçilərdən COVID-19 pasportu və ya  immunitet sertifikatı tələb olunmayacaq. 

Təhsil alanların sayı 200-dən çox olan təhsil müəssisələrinin isə işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir.

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021