Xəzər Xəbər

Yol polisi sürücüləri hansı hallarda saxlaya bilməz? RƏSMİ CAVAB

Gündəm | 2,710 | 21:51 • 24 Sentyabr 2021
Yol polisi sürücüləri hansı hallarda saxlaya bilməz?

Əksər sürücülər etiraz edirlər ki, yol polisi onları tıxac olan, digər hərəkət iştirakçıalrına mane yaradan, təhlükəli yerlərdə və s. saxlayır. Bu barədə sosial şəbəkədə çoxsaylı paylaşımlar da mövcuddur.

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu sürücülərin yol polisi tərəfindən hansı yerlərdə saxlanılması ilə əlaqədardır.

“Yol polisi hansı yerlərdə sürücüləri saxlaya bilməz?” sualına Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Araz Əsgərov cavab verib. O bildirib ki, əgər hərəkətdə olan nəqliyyat vasitəsinin saxlanılması digər hərəkət iştirakçılarına ciddi mane yaradacaqsa, buna yol verilməməlidir:

“Yol polisi hərəkətdə olan sürücünü, hərəkətin digər iştirakçılarını mopedçini, velosipedçini, piyadanı yol hərəkəti qaydalarını pozduğu istənilən halda saxlaya bilər. Sıxlıq, tıxac və s. bunların heç bir aidiyyatı yoxdur. Bu barədə yol patrol xidməti haqqında qanunda göstərilən məqamlar var. Məsələn, tunellərin altında haçalanma varsa, dönmə bucağı çoxdursa, dönən sürücülər üçün zolaq sayı 2-dən azdırsa yol polisi sürücüləri saxlaya bilməz. Ancaq tuneldə zolaq sayı 4-dürsə saxlamaq olar. Stasionar postlarda istənilən vaxt sürücünü saxlayıb sənədlərini yoxlamağa qanun icazə verir. Əgər avtomobilin yol polisi tərəfindən saxlanılması digər hərəkət iştirakçılarına ciddi mane yaradırsa, o, saxlanılmamalıdır”.

Xəbər lenti