Xəzər Xəbər

Bu tələbələr dərsə buraxılmayacaq AÇIQLAMA

Gündəm | 21:45 • 23 Sentyabr 2021
Bu tələbələr dərsə buraxılmayacaq

"Tədris prosesinin əyani formaya keçərkən məsələlər bütün müvafiq qurumlarla müzakirə olunub”.

XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə müdiri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əyani tədrisin epidemioloji vəziyyət maksimum dərəcədə nəzərə alınmaqla həyata keçirilməsi planlaşdırılır:

"18 yaşdan yuxarı tələbələrin hamısının vaksinasiyadan keçməsi nəzərdə tutulub. Onlar vaksinasiyadan keçmədiyi halda təhsil müəssisələrinə buraxılmayacaqlar.
 
Eyni zamanda, həmin təhsilalanlar oktyabrın 1-nə qədər iki doza vaksin qəbul edəcəklərsə, bu o deməkdir ki, onlar ictimai nəqliyyatdan da istifadə edərkən ciddi problemlə üzləşməyəcəyik.

Bütün bunlar hesablanıb. Ehtimal olunur ki, vaksinləşmə prosesi davam etdikcə, peyvənd vurdurmuş tələbələr təhsil müəssisələrinə gəldikdə belə, onlar yoluxma sayının artmasına təsir etməyəcək”.

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021