Xəzər Xəbər

Ərdoğandan MÜJDƏLİ XƏBƏR – Paşinyan şərtlərimizə BOYUN ƏYDİ

Gündəm | 21:05 • 23 Sentyabr 2021
Ərdoğandan MÜJDƏLİ XƏBƏR – Paşinyan şərtlərimizə BOYUN ƏYDİ

“Bizim beşlik və ya altılıq platforması adlandırdığımız əməkdaşlıq variantı var idi. Hazırda bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyandan müsbət mesajlar alırıq. Bu müsbət mesajlarla bərabər bu məsələdə bəzi addımlar da atacağıq”.

XəzərXəbər xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.

“Bölgədə sülhün yaradılması məsələsini yaxşı bir nöqtəyə qədər inkişaf etdirmək fürsəti qazanmış olacağıq. Ayın sonunda cənab Vladimir Putinlə keçirəcəyim görüşdə bunlar da müzakirə edilən məsələlər arasında yer alacaq. Bununla da, Türkiyə-Rusiya əlaqələrində daha güclü və daha fərqli dönəmə qədəm qoymuş olacağıq”, – Ərdoğan qeyd edib.

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021