Xəzər Xəbər

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Gündəm | 15:23 • 20 Sentyabr 2021
Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Perm Dövlət Universitetində baş vermiş silahlı insidentlə əlaqədar olaraq Rusiyaya başsağlığı verib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə XİN-in tviter səhifəsində bildirilib.

“Rusiya xalqına, Perm Dövlət Universitetinə edilən hücumda həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə qeyd edilib.

Qeyd edək ki, Perm Dövlət Universitetində tələbə travmatik silahdan atəş açıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

Xəbər lenti