Xəzər Xəbər

Leyla Abdullayeva xarici jurnalistlərlə görüşüb

Gündəm | 15:01 • 20 Sentyabr 2021
Leyla Abdullayeva xarici jurnalistlərlə görüşüb

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva xarici jurnalistlərlə görüşüb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Leyla Abdullayeva "Twitter" hesablında yazıb. 

XİN sözçüsü İsveç və Danimarkadan olan bir qrup jurnalistlə görüşdüyünü qeyd edib.

O, xarici jurnalistlərə hazırkı regional təhlükəsizlik vəziyyəti, münaqişədən sonrakı dövrdə Azərbaycan xarici siyasətinin prioritetləri, azad olunmuş ərazilərdə yenidən qurma işləri barədə məlumat verdiyini açıqlayıb.

Xəbər lenti