Xəzər Xəbər

Şuşanın tarixi görkəmi bərpa ediləcək

Gündəm | 14:56 • 20 Sentyabr 2021
Şuşanın tarixi görkəmi bərpa ediləcək

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşada yaşayış, şəhərin ab-havası bir çox şəhərlərdən fərqli olacaq. Burada ağır sənaye müəssisəsi olmayacaq. Mədəniyyət və turizm yönlü obyektlərin inşası, bu sahənin inkişafı nəzərdə tutulur.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib.

Aydın Kərimov deyib: “Şuşanın tarixi görkəmi bərpa ediləcək. Birinci mərhələ üçün 15 tarixi memarlıq abidəsinin bərpası layihələri üzrə işlər görülür. Yaxın iki ay ərzində onların bərpasına başlanacaq. Artıq Molla Pənah Vaqifin məqbərəsi və büstü, Bülbülün ev-muzeyi bərpa olunaraq istifadəyə verilib. Şuşanın tarixi-memarlıq abidələrinin bərpası, otellərin və qonaqlama yerlərinin inşası üçün xarici investorların da cəlb olunması təqdirəlayiqdir”.

Şuşada inşa ediləcək yaşayış kompleksi barədə də məlumat verən Aydın Kərimov bildirib ki, Prezidentin xeyir-duası ilə bu yaxınlarda böyük bir layihənin təməli qoyuldu. “Bu, ilk yeni yaşayış kompleksidir. Şuşada tikinti-quruculuq işləri Baş plana uyğun aparılır. 9 hektara yaxın ərazidə 25 min nəfərin yaşaması üçün 4-5 mərtəbəli, Şuşa memarlığına uyğun və müasir həyat elementlərini əks etdirən yaşayış kompleksi inşa olunacaq. Məqsədimiz qısa müddətdə Şuşada insanların yaşaması və işləməsi üçün şəraitin yardılmasıdır” , - deyə Prezidentin xüsusi nümayəndəsi əlavə edib.

Xəbər lenti