Xəzər Xəbər

Çavuşoğludan Qarabağ mesajı: Necə bir xoşbəxtlikdir ki...

Gündəm | 14:18 • 15 Sentyabr 2021
Çavuşoğludan Qarabağ mesajı: Necə bir xoşbəxtlikdir ki...

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

XəzərXəbər xəbər verir ki, nazir bu barədə Feysbuk səhifəsində yazıb.

“Bakının işğaldan qurtuluşunun 103-cü ilində necə bir xoşbəxtlikdir ki, artıq Qarabağ azaddır. Əziz şəhidlərimizi rəhmətlə anıram. Ruhları şad olsun”, - Çavuşoğlu qeyd edib.

Türkiyənin baş diplomatı qeydini “TekMilletİkiDevlet” haştağı ilə paylaşıb.

 

Xəbər lenti

Çox oxunanlar