Xəzər Xəbər

Metrostansiyaların girişindəki cihazlar nə zaman yığışdırılacaq? AÇIQLAMA

Gündəm | 14:12 • 15 Sentyabr 2021
Metrostansiyaların girişindəki cihazlar nə zaman yığışdırılacaq?

Ötən il ölkədə elan olunmuş hərbi vəziyyətlə əlaqədar Bakı metrosunda təhlükəsizlik qaydalarına nəzarət daha da gücləndirilmiş və bütün stansiyalarda xüsusi detektorlar quraşdırılmışdı. Bu cihazlar stansiyalarda həmişəlik qalacaqmı?

Publika.az mövzu ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova müraciət edib. Qurum sözçüsü bildirib ki, bu məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə qeyd edib ki, cihazların metrostansiyalarda qalma müddəti ilə bağlı hər hansı məlumat yoxdur:

“Metropoliten stansiyalarının girişlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır. Eyni zamanda sərnişinlərin sərbəst hərəkəti və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün zəruri tədbirlər davam etdirilir”.

Xəbər lenti