Xəzər Xəbər

Təhsil Nazirliyi açıqlama yaydı: 16 sentyabr saat 20:00-dan etibarən

Gündəm | 14,869 | 21:40 • 12 Sentyabr 2021
Təhsil Nazirliyi açıqlama yaydı: 16 sentyabr saat 20:00-dan etibarən

Şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu bu gün saat 20:00-dan müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Qeyd edək ki, 16 sentyabr saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti