Xəzər Xəbər

1 helikopter, 53 texnika, 220 yanğınsöndürən ... - FHN-in növbəti qrupu Türkiyəyə yola düşdü

Gündəm | 21:30 • 31 İyul 2021
1 helikopter, 53 texnika, 220 yanğınsöndürən ... - FHN-in növbəti qrupu Türkiyəyə yola düşdü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşüb

Bu barədə FHN-dən məlumat verilib.

Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Bildirək ki, Sumqayıtdan 21 nəfərlik yanğından mühafisə qrupu da Türkiyəyə yola salınan heyət arasındadır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup ötən gün Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz iki qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar. Xüsusilə havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlərimiz mətinliklə mübarizə aparırlar.

Xəbər lenti

Çox oxunanlar