Xəzər Xəbər

General yanğın-xilasetmə qüvvələrini yola saldı

Gündəm | 20:25 • 31 İyul 2021
General yanğın-xilasetmə qüvvələrini yola saldı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu bu dəqiqələrdə qardaş Türkiyə Respublikasına yola düşəcək.

XəzərXəbər xəbər verir ki, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yanğın-xilasetmə qüvvələrinin şəxsi heyəti ilə görüşüb və onlara tövsiyələrini verib.

Qeyd edək ki, yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Xəbər lenti