Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Məhkəmələrə yeni hüquq verildi: Bu şəxslər 500 manatadək cərimələnəcək

Gündəm | 19:43 • 16 İyul 2021
Məhkəmələrə yeni hüquq verildi: Bu şəxslər 500 manatadək cərimələnəcək

Məhkəməyə dəfələrlə əsassız vəsatət, şikayət verən vəkili və tərəfləri 500 manatadək cərimələmək hüququ verilib.

XəzərXəbər xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə biləcək. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən ediləcək.

Sənədlə keçiddən tanış ola bilərsiniz.

Xəbər lenti

Çox oxunanlar