Xəzər Xəbər

Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Gündəm | 19:22 • 16 İyul 2021
Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi üzərindən əlaqə yaratmaq üçün yeni fürsətlər ortaya çıxıb.

XəzərXəbər xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, bu, eyni zamanda Cənubi Qafqazda vəziyyətin normallaşması üçün də böyük əhəmiyyət daşıyır:

"Keçmişdə Mərkəzi Asiya böyük güclərin rəqabət meydanı idi. Buna geri qayıdılmasına icazə verməməliyik. Regionun bir-biri ilə əlaqəli ekosistemə ehtiyacı var. Bunun da yeganə yolu regional əməkdaşlığı kommunikasiya yolu ilə təşviq etməkdir".

Xəbər lenti